Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu

 Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub.

Asayis.az xəbər verir ki, hadisə aprelin 10-u saat 15 radələrində baş verib.

Belə ki, şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındaki kanala düşərək boğulub.

A.Mustafazadənin meyiti sudan çıxarılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

13:48 - 11 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin