Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü

 Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, Fuad Hemdullayev VAZ-2107 markalı avtomobillə Xaçmaz rayonu, Həsənqala kəndindən rayonun Qusarçay kəndi istiqamətində hərəkətdə olarkən yolu keçən piyada 1989-cu il təvəllüdlü İzzət Cəlilovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

12:52 - 11 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin