Zamin Zəkiyə hökm oxundu

 Zamin Zəkiyə hökm oxundu

Vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirli bilinən hüquq müdafiəçisi Zamin Zəkinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Asayis.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Zamin Zəki 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z.Zəki ötən ilin mart ayında saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

16:58 - 11 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin