Qubanın 3 kəndinin adı dəyişdirilir

 Qubanın 3 kəndinin adı dəyişdirilir

Quba rayonun üç kəndinin adının dəyişdirilməsi müzakirə ediləcək.

Asayis.az xəbər verir ki, bu barədə Report-a Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib.

O qeyd edib ki, komissiyanın sabahkı iclasında Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif ediləcək:

"Məqsəd həmin kəndlərin adının milliləşdirilməsidir".

M.Quliyev əlavə edib ki, dəyişikliklə əlaqəli müzakirənin aparılması və parlamentə tövsiyə olunması nəzərdə tutulub.

18:40 - 10 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin