Bu xanıma AYNA-da yüksək vəzifə verildi - Foto

 Bu xanıma AYNA-da yüksək vəzifə verildi - Foto

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) yeni kadr təyinatı olub.

Asayis.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, Çinarə Fətəliyeva AYNA-nın İnsan resursları departamentinin direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ç.Fətəliyeva yeni təyinatadək aqrar-sənaye sektorunda fəaliyyət göstərən “Agro Dairy” şirkətində İnsan Resursları Əməliyyatları və Ekspertiza Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

12:42 - 11 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin