“Mersedes” daş hasara çırpıldı, 21 yaşlı gənc öldü - Foto

 “Mersedes” daş hasara çırpıldı, 21 yaşlı gənc öldü - Foto

Masallıda baş verən qəzada sürücü ölüb, sərnişin xəsarət alıb.

Asayis.az xəbər verir ki, hadisə martın 8-i gecə saatlarında Masallı rayonunun Mahmudavar kəndində baş verib.

Masallı rayon sakini, 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi “Mersedes” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yolun kənarındakı daş hasara çırpılıb.

Qəza nəticəsində sürücü O. Zamanov hadisə yerində ölüb. Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

12:18 - 9 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin