5 yaşlı uşaq hovuzda boğuldu

 5 yaşlı uşaq hovuzda boğuldu

Ucarda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Asayis.Az xəbər verir ki, dünən rayonun Qaradağlı kəndində 5 yaşlı Rüfət İsmayılov su hovuzuna düşərək boğulub.

Belə ki, o, ehtiyatsızlıqdan yaşadığı evin həyətindəki su ilə dolu hovuza düşüb. Yaxınları hadisədən xəbər tutduqda artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.

 

13:10 - 16 Dekabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin