Üç nəfəri elektrik cərəyanı vuraraq öldürdü - Şəmkirdə bədbəxt hadisə

 Üç nəfəri elektrik cərəyanı vuraraq öldürdü - Şəmkirdə bədbəxt hadisə

Şəmkirdə üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

Asayis.Az xəbər verir ki, hadisə Şəmkir rayonunun Könüllü kənd ərazisində qeydə alınıb.

Belə ki, dəmir nərdivanın 10.000 voltluq elektrik xəttinə toxunması nəticəsində Əkbər Bağırov, İsmət Məmmədov və Adil Böyükkişiyevi elektrik cərəyanı vurub.

Faktla bağlı araşdırma aparılır.

13:04 - 24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin