I Qarabağ müharibəsində itkin düşmüş hesab edilən 2 şəhid dəfn olunacaq

 I Qarabağ müharibəsində itkin düşmüş hesab edilən 2 şəhid dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.

Asayis.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Belə ki, hərbçi Surxay Rza oğlu Məmmədov avqustun 1-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Camal Möhübbət oğlu Quliyev isə avqustun 2-si Laçın şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək. (Report)

11:05 - 31 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin