Vətən müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb. Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.