Asayis.Az xəbər verir ki, bu barədə Türkiyənin "DefenceTurk" hərbi portalı məlumat yayıb.
Portal sözügedən hərbi texnikaların Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin 25 illik yubileyi ilə bağlı yaydığı videoda göründüyünü bildirib.
Qeyd edək ki, "Cobra II" Türkiyənin "Otokar" şirkəti tərəfindən istehsal olunan zirehli texnikadır.
İHASAVAR isə ASELSAN şirkəti tərəfindən yaradılıb. Bu sistem dronların uzaqdan idarə olunmasını, məlumat bağlantılarını və peyk rabitəsi siqnallarını bloklaya bilər və onları idarəolunmaz hala gətirir.
Sistem əsasən hərbi obyektləri/bazaları, hökumət binalarını, idarələri, mərasim yerlərini və nəzarət-buraxılış məntəqələrini qorumaq üçün istifadə olunur.