Türkiyədə silahlı hücum - Ölən və yaralana

 Türkiyədə silahlı hücum - Ölən və yaralana

İstanbulun Beyoğlu məhəlləsində silahlı hücum olub. “Qafqzinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, insident nəticəsində 1 nəfər ölüb, 1-i ağır olmaqla 4 nəfər yaralanıb.

Belə ki, 3 şübhəli şəxs silahla atəş açıb. 20 yaşlarında olduğu müəyyən edilən şübhəlilər daha sonra hadisə yerindən qaçıblar.

Əraziyə polis və tibb qrupları göndərilib. Yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralılardan biri müdaxilələrə baxmayaraq vəfat edib.

13:53 - 14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin