Qırğızıstanın sabiq rəsmisi Azərbaycanda TUTULDU

 Qırğızıstanın sabiq rəsmisi Azərbaycanda TUTULDU

Qırğızıstan gömrük xidmətinin sabiq rəis müavini Rayımbek Matraimov Azərbaycanda həbs edilib.

Asayis.Az xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Beynəlxalq axtarışa verilmiş şəxsin artıq Bişkekə aparıldığı bildirilir.
 
Rayımbek Matraimov qanunsuz həbslərin həyata keçirilməsində və çirkli pulların yuyulması ilə bağlı cinayət işlərində iştirakda ittiham olunur.

13:30 - 28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin