Türkiyə polisi əməliyyat keçirdi - Aralarında azərbaycanlı da olan 29 nəfər saxlanıldı​​​​​​​

 Türkiyə polisi əməliyyat keçirdi - Aralarında azərbaycanlı da olan 29 nəfər saxlanıldı​​​​​​​

Türkiyədə polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində axtarışda olan 29 nəfər şübhəli şəxs saxlanılıb.

Asayis.Az
 xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, ölkənin Təkirdağ vilayətində Jandarma Komandanlığı qrupları əməliyyat keçirib. 

Əməliyyatlar nəticəsində müxtəlif cinayətlərə görə axtarışda olan 29 şübhəli yaxalanıb. 

Saxlanılanlar arasında 1 nəfər azərbaycanlı da var. Saxlanılanların adı açıqlanmayıb.
 
Qeyd edək ki, saxlanılan şübhəlilərlə bağlı araşdırmalar davam etdirilir.

17:15 - 4 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin