Müğənni Gülay Zeynallı açıqlaması ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, sənətçi "İncə səhər" proqramında yaşadıqlarından danışıb.
"Bəzi məsələlər var ki, gərək, onu yaşayasan, sonra biləsən. Yaşadığım şeylərdən sonra anladım ki, heç kimə inanmaq olmaz. Hər şey qədərində olmalıdır. Belə olanda daha gözəl olur. Hər insanın özünə uyğun dəyəri, hörməti olmalıdır. Artıq olanda sənin deyil".
Qeyd edək ki, Gülayın həyat yoldaşı, idmançı Kamil Zeynallı bir neçə gün əvvəl Rusiyada hava limanında saxlanılmışdı. Ermənistan Respublikası onu ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham edib.