Prezident İlham Əliyev Küveyt Əmirini təbrik edib

 Prezident İlham Əliyev Küveyt Əmirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.

Asayis.Az xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan-Küveyt dövlətlərarası əlaqələrinin daha da inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

18:00 - 24 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin