Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.
Asayis.az report-a istinadən xəbər verir ki, parlamentin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Fikrət oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatına baxılıb.
Müzakirələrdən sonra təqdimat səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, F.Məmmədov bundan öncə ədliyyə naziri olub.