Əliyevlə Paşinyan arasında yeni görüş MÜZAKİRƏ OLUNUR

 Əliyevlə Paşinyan arasında yeni görüş MÜZAKİRƏ OLUNUR

Ermənistan və Azərbaycan liderləri arasında görüş məsələsi müzakirə olunur.
 
Asayis.Az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində bildirib.

“Bu, mütəmadi olaraq müzakirə olunan məsələdir, deyə bilmərəm ki, belə bir müzakirə yoxdur, belə bir müzakirə var”.

Bununla belə, Qriqoryan qeyd edib ki, hələlik yekun qərar yoxdur.

“Biz işləyirik, yekun razılaşma olanda sizə məlumat verəcəyik”, - o əlavə edib.

Xatırladaq ki, fevralın 17-də Münhen şəhərində Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Daha sonra Azərbaycan və Ermənistan liderləri ikitərəfli görüş keçirib. 

16:15 - 22 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin