Türkiyədə, Mərmərə dənizində, İmralı adasının cənub-qərbində 69 metr uzunluğundakı yük gəmisi su batıb.
Asayis.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin sahil mühafizə komandanlığı və sahil təhlükəsizliyi baş idarəsi qrupları gəmidəki 6 heyət üzvünü xilas etmək üçün əraziyə 3 qayıq və 1 helikopter cəlb edib.
Bursa valisi Mahmud Dəmirtaş gəminin batdığı ərazidə dalğaların hündürlüyünün 3 metrə yaxınlaşdığını bildirib.
VİDEO