Moskvada güclü YANĞIN - VİDEO

 Moskvada güclü YANĞIN - VİDEO

Moskvanın mərkəzindəki Puşkinskaya meydanında yerləşən “İzvestiya” zalının həyətində üç istifadəsiz binada baş verən yanğın lokallaşdırılıb.

Asayis.az xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

"Hazırda yanğın lokallaşdırılıb. Tələfat barədə məlumat yoxdur", - agentliyin mənbəsi bildirib.

Qeyd olunub ki, əvvəlcə yanğının sahəsi 800 kvadratmetr idi. Sonradan 1,5 min kvadratmetrə qədər böyüyüb. Yanğına mümkün olan beşdən üçüncü mürəkkəblik nömrəsi verilib.

Yanğınsöndürənlərin səyi nəticəsində alovun “İzvestiya zalı”nın binasına keçməsinə imkan verilməyib, həyətyanı sahədə üç ayrı bina yanır, onlardan biri dağılıb.

 

VİDEO

12:15 - 15 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin