“Şərti” olaraq qar uçqunu altında qalmış naxçıvanlılar xilas edilib - Naxçıvanda təlim

 “Şərti” olaraq qar uçqunu altında qalmış naxçıvanlılar xilas edilib - Naxçıvanda təlim

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar nazirliyinin xilasedicilərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunan taktiki-xüsusi təlim keçirilib.
Asayis.Az xəbər verir ki, "qar uçqunlarının nəticələrinin aradan qaldırılması zamanı axtarış-xilasetmə işlərinin aparılması, hərəkət marşrutlarında uçmuş, dağılmış yollardan keçidlərin açılması, idarəetmənin və qarşılıqlı əlaqənin təşkili” mövzusunda keçirilən təlimin məqsədi beynəlxalq təlimlərdə qazanılan təcrübənin tətbiqi və peşəkarlığın artırılması olub.

Təlimi Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev izləyib.

https://www.instagram.com/naxcivanfhn/reel/C3VHm1fNmm5/

19:28 - 14 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin