Ermənistan Müdafiə Nazirliyi iki hərbçisinin öldüyünü AÇIQLADI

 Ermənistan Müdafiə Nazirliyi iki hərbçisinin öldüyünü AÇIQLADI

Ermənistan Müdafiə Nazirliyi fevralın 13-də səhər saatlarında iki hərbçisinin öldüyünü açıqlayıb.

Hadisə Nerkin-And istiqamətində baş verib. Eyni zamanda yaralananların da olduğu deylir.

Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

11:15 - 13 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin