Azərbaycanın ilk hərbi naziri Səməd bəy Mehmandarovun vəfatından 93 il ötür

 Azərbaycanın ilk hərbi naziri Səməd bəy Mehmandarovun vəfatından 93 il ötür

Bu gün hərbi generalımız Səməd bəy Mehmandarovun anım günüdür. Onun vəfatından 93 il ötür.

Asayis.az xəbər verir ki, Səməd bəy Sadıx bəy oğlu Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda doğulub.

Bakıda gimnaziya təhsili alan 16 yaşlı Səməd Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub. 1875-ci ilin dekabrında podporuçik rütbəsi alıb və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib.

1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır.

Rus-Yapon müharibəsində böyük rəşadət göstərən S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilib.

I Dünya müharbəsi başlanarkən Varşava ətrafında xidmət edən general S.Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay olub. Diviziya komandiri S.Mehmandarov Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə çalıb.

1915-ci ildə general S. Mehmandarov korpus komandiri təyin edilmişdi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilib.

General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutub və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olub.

Səməd bəy Mehmandarov 1931-ci ilin bu günü, yəni fevralın 12-də Bakıda vəfat edib.

10:00 - 12 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin