Azərbaycan ağırlıqqaldırma millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına 9 idmançı ilə yollanacaq.
“Asayis.az ” xəbər verir ki, onlardan 8-i kişi, 1-i isə qadın ağırlıqqaldıran olacaq.
İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi 67 kq), Ömər Cavadov (73 kq), Ravin Alməmmədov, Füqan Əliyev (hər ikisi 81 kq), Nurlan Məmmədzadə (89 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) kişilər, Nazilə İsmayılova (45 kq) isə qadınlar arasında yarışda qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatı fevralın 12-20-si aralığında baş tutacaq.