Haber Global: "30 il aradan sonra bütün Azərbaycan torpaqlarında seçki keçirilir" - VİDEO

 Haber Global:

Türkiyənin Haber Global telekanalı Azərbaycanda Prezident seçkiləri ilə bağı süjet yayımlayıb.

Videomaterialda Prezident seçkilərinin tarixi əhəmiyyət daşıdığı, ölkəmizin bütün suveren ərazisində 6,5 ​​milyona yaxın seçicinin səs verəcəyi bildirilib.

Süjetdə işğaldan azad edilmiş ərazilərdə də sandıqların qurulduğu qeyd olunub.

Qeyd edək ki, fevralın 7-də səhər saat 8:00-da ölkəmizin bütün suveren ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb. Prezident postu uğrunda 7 namizəd mübarizə aparır.

Süjeti təqdim edirik:

 

VİDEO

15:00 - 7 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin