Ərdoğan zəlzələ bölgəsində tikiləcək evlərin sayını açıqlayıb

 Ərdoğan zəlzələ bölgəsində tikiləcək evlərin sayını açıqlayıb

Türkiyədə zəlzələdən əziyyət çəkən sakinlər üçün ilin sonuna qədər 200 min ev təhvil veriləcək.

Asayis.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətində ötən ilin fevral ayında baş vermiş zəlzələ nəticəsində evlərini itirən ailələrə yeni mənzillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib.

"Bugünkü püşkatma mərasimi ilə biz 7 275 mənzil sahibinə evlərinin açarlarını təhvil verdik. Zəlzələdən zərər çəkmiş şəhərlərimizin bərpası istiqamətində işlərimiz fasiləsiz davam edəcək.

Bölgədə tikilməkdə olan 40 min evin tikintisi başa çatdıqdan sonra mərhələli şəkildə sahiblərinə təhvil veriləcək. İki ay ərzində zəlzələ bölgəsində 75 min evin təhvil verilməsini başa çatdıracağıq", - Ərdoğan bildirib.

Qeyd edək ki, fevralın 3-də Türkiyənin Hatay vilayətində ötən ilin fevral ayında baş vermiş zəlzələ nəticəsində evlərini itirən ailələrə yeni mənzillər təqdim olunub.

 

13:00 - 4 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin