Sevgilisi ilə əlbir olub iki övladını 15-ci mərtəbədən atdı Edam olundu - FOTO/VİDEO

 Sevgilisi ilə əlbir olub iki övladını 15-ci mərtəbədən atdı Edam olundu - FOTO/VİDEO


 

Çində ata sevgilisi ilə əlbir olub 2 yaşlı qızını və 1 yaşlı oğlan uşağını 15-ci mərtəbədən atıb. Bundan sonra onlara edam hökmü icra edilib.

Asayis.az  xəbər verir ki, Chongqing Ali Məhkəməsinin açıqladığı qərarda, Zhang Bonun evli olduğu müddətdə Ye ilə ailə vəziyyəti barədə məlumat vermədən “uyğun olmayan” münasibət qurduğu, lakin Ye-nin bundan sonra münasibətini kəsmədiyi bildirilib.

Qeyd edilib ki, Zhang Bo 2020-ci ilin fevralında həyat yoldaşından boşandıqdan sonra, Ye onun iki uşağını “ən böyük maneə” kimi görüb və dəfələrlə Zhangı uşaqları öldürməklə hədələyib.

Bundan sonra 2020-ci il noyabrın 2-də cütlük iki uşağı Zhangın yaşadığı evin 15-ci mərtəbəsindən ataraq öldürüb və hadisəni “qəza kimi” göstərməyə çalışıb.

Təqsirləndirilən şəxslərin əməllərinin “Cəmiyyətin vicdanını tapdaladığı” vurğulanıb.

İkiliyə verilən edam cəzasının ötən ilin yanvarın 31-də Chongqing Ali Məhkəməsi tərəfindən icra edildiyi açıqlanıb.

Uşaqların anası Çen Meilin verdiyi açıqlamada "3 ildən artıqdır ki, ailəmizə işgəncə verən kabus nəhayət sona çatdı" deyib. Edam xəbəri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Ölüm hökmünü dəstəkləyən şərhlər olub. Edam üsulu ilə bağlı heç bir məlumat verilməsə də, daha çox öldürücü iynə və ya güllələnmə üsulundan istifadə edildiyi ehtimal olunur. 

VİDEO

16:30 - 3 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin