Çuğundur suyu ilə ağzı yaxalamağın faydaları açıqlanıb.
Asayis.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Mütəxəssislərin sözlərinə görə, nəfəsi təravətləndirmək və bakteriyaları təmizləmək üçün istifadə edilən ağız qarqaraları ağız quruluğu və antimikrobiyal müqavimət kimi yan təsirlərə səbəb ola bilər.
Lakin çuğundurda olan nitrat adlı molekul daha az yan təsirlərə səbəb olur və ağız sağlamlığı üçün daha faydalıdır.
Çuğundur suyu dişləri qoruyur. Həmçinin, tərkibinə daxil olan laktik turşusu həzmi asanlaşdırır.
Bir-iki stəkan çuğundur suyu həzmi asanlaşdıran təsiri ilə həzmi də sürətləndirir.
Çuğundur tərkibindəki güclü antioksidantlar sayəsində bədəni sərbəst radikallardan qoruyur. Sərbəst radikallar hüceyrələrdə oksidləşdirici stress yaradaraq qocalma prosesini sürətləndirə və müxtəlif xəstəliklərə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, çuğundur suyu C vitamini, betalain və digər antioksidantlarla zəngin olduğu üçün immunitet sistemini gücləndirir və orqanizmi xəstəliklərdən qoruyur.
Mütəxəssislər çuğundur suyunun tərkibindəki nitratlar sayəsində damarların genişlənməsinə kömək etdiyini və bunun qan təzyiqinin tənzimlənməsinə və hipertoniya riskinin azalmasına töhfə verdiyini bildirirlər.