Zabratda döyülən yeniyetmə videosu ilə şantaj edilibmiş

 Zabratda döyülən yeniyetmə videosu ilə şantaj edilibmiş

Daxili İşlər Nazirliyi (DİN) Zabratda səkkizinci sinif şagirdinin döyülməsi ilə bağlı məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, yanvarın 29-da Sabunçu rayon Zabrat qəsəbəsi sakini polisə müraciət edərək 14 yaşlı oğlunun döyüldüyü barədə məlumat verib.

“Vətəndaş oğlunun birlikdə hazırlığa getdiyi yeniyetmə tərəfindən döyüldüyünü və döyülməni əks etdirən videogörüntüləri yayacağını deyərək onun övladından pul tələb edildiyini deyib.

Daxil olan müraciətlə əlaqədar təhqiqat araşdırması başlanılıb. Hadisə yerinə baxış keçirilib, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib, hadisə iştirakçılarının izahatları alınıb.

Hazırda təhqiqat araşdırmaları davam etdirilir”, - İ.Əmiraslanlı bildirib.

17:15 - 30 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin