Astarada dəm qazından ölüm halı baş verib.
“Asayis.az” xəbər verir ki, hadisə rayonun Pensər kəndində olub.
Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü Nazənin Cəmil qız Şükürova və anası 1944-cü il təvəllüdlü Tahirə Şirəli qızı Əliyeva yaşadıqları evin hamamında ölü tapılıb.
Hadisə Ş.Nazəninin yaşlı anasını hamamda çimizdirərkən dəm qazının sızması zamanı baş verib.
Qeyd edək ki, hər iki şəxs Pensər kənd 2 saylı məktəbində müəllim işləyib.
Faktla bağlı araşdırma aparılır.