"Qarabağ" klubu rəsmi himnini təqdim edib - VİDEO

"Qarabağ" futbol klubu rəsmi himnini təqdim edib.

Asayis.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2022-ci ildə çalışmalarına start verilən himnin söz və musiqi müəllifi Rüzgar Əhmədzadədir.

Musiqi ideyası möhtəşəm Qarabağ zəfərindən və klubun beynəlxalq arenada qazandığı qələbələrdən qaynaqlanır.

Himn 17 İyun 2023-cü il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası tərəfindən ifa olunub və səsyazması baş tutub.

 

VİDEO

11:30 - 27 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin