Türkiyənin Kayseri şəhərində inşa edilən Şuşa Mədəniyyət Evinin tikintisi başa çatıb.
Asayis.az xəbər verir ki, 20 min kvadratmetr sahəyə malik Azərbaycan Qardaşlıq Parkında inşa edilən mədəniyyət evinin tezliklə istifadəyə verilməsi gözlənilir.
Türkiyə mətbuatı qeyd edib ki, Şuşa Mədəniyyət Evi iki ölkə və Kayseri ilə Şuşa şəhərləri arasında dostluq, qardaşlıq simvolu olacaq.
Məlumata görə, Mədəniyyət Evinin qarşısında Şuşadakı İsa bulağına bənzər heykəl və Ermənistan tərəfindən qətlə yetirilən 613 dinc Xocalı sakinin adının əks olunduğu "Xocalı şəhidləri" abidəsi qoyulub.
Mədəniyyət Evinin açılışı yaxın günlərdə azərbaycanlı rəsmilərin və Kayseri şəhər rəhbərliyinin iştirakı ilə keçiriləcək.