MSK-nın keçmiş məşhur üzvü ilə dövlət qurumu arasında pensiya qalmaqalı

 MSK-nın keçmiş məşhur üzvü ilə dövlət qurumu arasında pensiya qalmaqalı

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi məhkəməyə verilib.

“Asayis.az” xəbər verir ki, iddiaçı Asif Yusif oğlu Mahmudovdur.

Onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Ləman Musayeva iş üzrə hakim təyin edilib. İşin mahiyyəti pensiya təminatı üzrə mübahisələrdən ibarətdir.

Məlum olub ki, iddiaçı 2003-cü ildə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü olmuş Asif Mahmudovdur.

Bəzi iddialara görə, Asif Mahmudovla DSMF arasındakı mübahisə onun MSK-dakı fəaliyyətinin nəzərə alınmaması ilə bağlıdır. MSK-nın keçmiş üzvü sonuncu iş yeri kimi məhz bu qurumun qeyd edilməsini istəyir.

DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

11:00 - 24 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin