Rusiya prezidenti Vladimir Putin federal səviyyədə çoxuşaqlı ailələrin statusunun möhkəmləndirilməsi və onlara dəstək tədbirlərinin müəyyən edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, çoxuşaqlı ailə statusu qeyri-müəyyən müddətə üç və ya daha çox uşağı olan ailələr hesab olunacaq.
Müvafiq statusu təsdiq edən sertifikatın vahid nümunəsi hökumət tərəfindən müəyyən ediləcək.
Sənəddən qeyd edilir ki, çoxuşaqlı ailələrə sosial dəstək uşaq 18 yaşına çatanadək və ya əyani təhsil almaq şərti ilə 23 yaşınadək təmin ediləcək.
Bundan əlavə çoxuşaqlı ailələrə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq uşaqların doğulması və tərbiyəsi ilə əlaqədar dövlət müavinətləri və ödənişlər, əmək münasibətləri sahəsində dəstək və pulsuz təhsil hüququ təmin ediləcək. Bu kateqoriyadan olan şəxslər üçün bütün ölkə üzrə muzeylər, mədəniyyət və istirahət parkların, sərgilərə səfər pulsuz olacaq.
Bundan əlavə, çoxuşaqlı valideynlərə əlavə peşə təhsili, çoxuşaqlı analara isə erkən sığorta pensiyası almaq hüququ veriləcək.