Rusiyanı Ermənistanla birləşdirən yeganə yol BAĞLANDI

 Rusiyanı Ermənistanla birləşdirən yeganə yol BAĞLANDI

Rusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu yenidən yük maşını olan nəqliyyat vasitələri üçün bağlanıb.

Asayis.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib.

Digər nəqliyyat növlərinin hərəkəti isə hələlik həyata keçirilir.

Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.

12:30 - 22 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin