Ötən il Azərbaycanda kafe və restoranlara 2 mlrd. manatdan çox vəsait xərclənib

 Ötən il Azərbaycanda kafe və restoranlara 2 mlrd. manatdan çox vəsait xərclənib

2023-cü ildə ictimai iaşə dövriyyəsi 2022-ci illə müqayisədə real ifadədə 15,2% artaraq 2041,5 milyon manat təşkil edib.

Asayis.az apa-ya istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,6%-i hüquqi şəxslərin, 49,4%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci illə müqayisədə 15,6% artaraq 1024,1 milyon manat olunub.

15:00 - 18 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin