Tapdığı avtomatı polisə təhvil verməyən Abşeron sakini saxlanılıb - FOTO/VİDEO

 Tapdığı avtomatı polisə təhvil verməyən Abşeron sakini saxlanılıb - FOTO/VİDEO

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Rasim Xasməmmədovu üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyi üçün saxlayıb.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 10 ədəd patron, 1 ədəd patron darağı və şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. R.Xasməmmədov silah-sursatı bir müddət əvvəl əldə etdiyini və polisə könüllü təhvil vermək yerinə satmaq üçün özündə saxladığını bildirib.

Araşdırmalar davam etdirilir.

BAKU.WS

VİDEO

17:15 - 17 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin