Azərbaycanda müharibə veteranlarına verilən aylıq müavinətin məbləğinin artırılması müzakirə oluna bilər.
Asayis.az Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
O qeyd edib ki, müharibə veteranları üçün aylıq 80 manat müavinət təyin edilib: "Həmin təbəqə üçün müəyyən edilmiş proqram çərçivəsində növbəti mərhələlərdə bu məbləğin artırılması müzakirə oluna bilər".
Nazir müavini deyib ki, hazırda qazilərin işlə təmin olunması istiqamətində addımlar atılır.