Avtobus sürərkən canlı yayım açdı, işdən çıxarıldı

 Avtobus sürərkən canlı yayım açdı, işdən çıxarıldı

Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman TikTok platformasında canlı yayım açmasına dair görüntülər yayılıb.

Asayis.Az xəbər verir ki, məsələ isə bağlı  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, məsələ dərhal araşdırılıb:

“Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib".

AYNA analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib.

15:24 - 11 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin