İranda güneyli qadın həbs edilib.
Asayis.Az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
İranda İnsan Haqları Təşkilatının (HRANA) verdiyi xəbərə görə, Güney Azərbaycanın Qəzvin şəhərində qoyulan geyim qaydalarına riayət etməyən qadın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Onun Qəzvin şəhərinin küçələrindən birində gəzərkən saxlanıldığı bildirilib.
Qeyd edək ki, güneyli qadının kimliyi və harada olduğu barədə məlumat yoxdur.