Peşə məktəblərində “Dayə” ixtisası tədris olunacaq

 Peşə məktəblərində “Dayə” ixtisası tədris olunacaq

Peşə təhsili müəssisələrində “Dayə” ixtisası tədris olunacaq.

Asayis.Az 
xəbər verir ki, bu, Nazirlər Kabineti “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə “Kommersiya” ixtisas qrupuna “Dayə” istisası əlavə edilib.

Nazirlər Kabineti Elm və Təhsil Nazirliyinin təklifinə əsasən belə qərar qəbul edib.

12:45 - 9 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin