Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Asayis.Az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Bayram Bayramovun yeni vəkillər müqavilə bağladığı məlum olub.
Vəkil işlə tanış olmaq üçün vaxt istəyib.
Bu səbəbdən proses sentyabrın 15-ə təyin olunub.
xxx
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Asayis.Az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasa jurnalistlər buraxılmayıb.
Mühafizəçi polis deyib ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin göstərişi ilə jurnalistlər iclasa buraxılmır.
İddia ediblər ki, buna səbəb zalda yerin məhdud olmasıdır.
Hazırda proses davam edir.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.
Cinayət işi üzrə dövlətə dəymiş ziyanın 40 milyon manatı ödənilib.
Qeyd edək ki, cinayət işi üzrə 100 milyon manata yaxın ziyan var.
Demokrat.az