Məktəbə telefon gətirilməsini qadağan edən hüquqi norma yoxdur.
Asayis.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, lakin bu məsələ məktəbin daxili qaydaları çərçivəsində tənzimlənə bilər.
"Lakin bu tip məsələlər nəzərdən keçirilir. Bəzi məktəblərdə pilot qaydada yoxlanılır və bununla bağlı konkret qaydalar müəyyənləşdirilə bilər. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür".