Bakının daha bir rayonunda fərdi yaşayış evləri plana düşüb.
Asayis.az-ın əldə etdiyi məluumata görə, söhbət Xətai rayonunda yerləşən NZS qəsəbəsindəki evlərdən gedir.
Artıq ərazidə iki şirkət tərəfindən evlərə baxış keçirilib və ölçülər götürülüb. Ərazidə tikinti işləri aparmaq üçün geoloji araşdırmaların nəticələri gözlənilir. İki mərtəbəli binalar söküldükdən sonra yerində hündürmərətəbəli binaların tikilməsi üçün geoloji rəyin verilməsi vacibdir. Məhz müsbət rəy verildikdən sonra ərazidə 12 mərətəbəli binanın inşaası planlaşdırılır.
Qeyd edək ki, evləri plana düşəcək sakinlərə 2 min AZN kompensasiya nəzərdə tutulub. Bununla razılaşmayanlara isə yeni binalarda evlə yanaşı, kirayə pullarının verilməsi təklif ediləcək.