1980-cı ildə Bakıda kommunizm ideologiyasının banisi Karl Marksa qoyulmuş heykəl tapılıb.
Asayis.Az xəbər verir ki, bu barədə caliber.az saytı məlumat yayıb.
Sayt oxucuların köməyi ilə uzun illərdir yoxa çıxmış heykəlin saxlandığı yeri müəyyən edə bilib.
Sakinlər bildiriblər ki, Marksın heykəlini bir neçə il əvvəl Nərimanov rayonu ərazisində olan heykəltəraş emalatxanasında görüblər.
Həmin məlumatın izi ilə araşdırma aparan jurnalistlər abidəni heykəltəraş Mirəli Mirqasımovun Nərimanov rayonunda yerləşən emalatxansında aşkar ediblər.
Karl Marksın bürüncdən hazırlanmış heykəli 1980-ci ildə heykəltəraş İbrahim Zeynalov tərəfindən hazırlanıb.
Sovet quruluşu zamanı Bakının ən hörmətli heykəli sayılan bu abidənin qarşısında müxtəlif dövlət tədbirləri, toplantılar keçirilib.
Azərbaycan müstəqillik qazandıqdan sonra sovet dövrünə məxsus heykəllər götürülüb. Onlardan bəzilərinin taleyi indiyə qədər naməlumdur.