Tanınmış vəkil Alov Səfəralıyev məhkəməyə verilib.
Asayis.Az xəbər verir ki, Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Camal Bağırzadə A.Səfəralıyev barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, vəkilin Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsinin tələbinə uyğun cəzalandırılmasını tələb edib.
İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.
Bildirilir ki, C.Bağırzadə iddia edib ki, A.Səfəralıyev onun barəsində “separatçı” sözündən istifadə edib.
Qeyd edək ki, C.Bağırzadə 2022-ci ildə Vəkillər Kollegiyasından kənarlaşdırılıb.
Fotoda: Camal Bağırzadə