Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ! - "Müqavilə fırıldaqçı şirkətlərdə prioritetdir"

 Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ! -

Ali məktəbə daxil ola bilməyən bəzi abituriyentlər xaricdə təhsil almağa üz tutur.  Bir çox universitetlərin sadəcə attestatla tələbə qəbulu xaricdə təhsil almağa gedənlərin sayını artırıb. Xaricdə təhsil şirkətləri bu işdə arzu edənlərə yardımçı olur. Lakin bəzi şirkətlər şirnikləndirici vədlərlə insanları aldadır, həm vaxtlarını, həm də pullarını mənimsəyirlər. 

Asayis.Az xəbər verir ki, xaricdə təhsil üzrə mütəxəssis Taleh Sultan açıqlamasında dələduz şirkətlərin toruna düşməmək üçün diqqət edilməli məqamlardan danışıb:

“Diqqət edilməli olan ilk məqam şirkətin neçə il fəaliyyət göstərməsidir. Bu həm də keyfiyyət və təcrübədən xəbər verir.Profilləri ilə tanış olmaq lazımdır. Qəbullara nəzər yetirmək vacibdir. Bir çox şirkətlər internetdə nəticələrini paylaşır. Qəbulların doğruluğunu isə üzərindəki QR kodu skan etməklə yoxlamaq olar. 



Bundan əvvəl ofisə gedib, yerindəcə şirkətin işi ilə tanış olmaqda fayda var. Müqavilə tələb etmək və onu diqqətlə oxumaq lazımdır. Çünki müqavilə fırıldaqçı şirkətlərdə prioritetdir. Orada elə boşluqlar buraxırlar ki, sonradan qanuna əsaslanaraq, bunu təhrif edib, özlərini haqlı çıxara bilirlər”.
 

Demokrat.az

11:30 - 2 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin