Bağçalara qəbul dayandırıldı

 Bağçalara qəbul dayandırıldı

Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Asayis.Az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Səbəb 1-15 sentyabrda qrupların komplektləşdirilməsi ilə bağlıdır. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

15:30 - 1 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin