“Gilan Holding” LƏĞV EDİLDİ

 “Gilan Holding” LƏĞV EDİLDİ

Bu ilin may ayına qədər “Gilan Holding” MMC adlanan “Xəzri Solutions” MMC (VÖEN: 1400725191) könüllü ləğv edildiyini elan edib.

Asayis.Az
 bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Şirkət kreditorlara müraciət edərək 60 gün ərzində ona qarşı tələblərini bildirmələrini istəyib.

Xatırladaq ki, iyul ayında “Xəzri Solutions” MMC altı şirkətlə - ("Opsion" MMC (VÖEN: 1802990061), “Divident” MMC (VÖEN: 180299019), "Reform Ko" MMC (VÖEN: 1803044271), “Alqoritm.Az” MMC (VÖEN: 4401042371), “Veksel” MMC (VÖEN: 4401042241) və “Dempinq.Az” MMC (VÖEN: 1802989821) birləşmə yolu ilə yenidən təşkil olunduğunu elan etmişdi. 

Bu şirkətlərin hamısının direktoru Mübariz Hüseynovdur.

"Gilan Holdinq" MMC  2016-cı ilə qədər "Gilan Holdinq maliyyə-sənaye qrupunun əsas şirkəti" MMC adlanırdı.

2022-ci ilin iyul ayında şirkətin nizamnamə kapitalının həcmi 98,5 milyon manatdan 100 manata endirilib. /Turan.az

11:27 - 31 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin