Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun apellyasiya şikayətinə baxılıb.
Demokrat.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
Qərara görə, Ruslan Səfixanovun cəzasının yüngülləşdirilməsi barədə verdiyi apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Səfixanov 19 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.
Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.
Demokrat.az